17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransı oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 APREL 2023

17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransı oldu

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, qeyri-infeksion xəstəliklərlə mübarizə müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində səhiyyə sistemlərinin prioritet vəzifələrində əsas yer tutur: “Qeyri-infeksion  xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır, insanlara zərərli vərdişlərdən uzaq olmaq, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmaq təbliğ olunur”.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov vurğuladı ki, qeyri-infeksion xəstəliklər müasir dövrün, cəmiyyətin problemidir: “Bu xəstəliklərə qarşı mübarizədə səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi ilə yanaşı, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da əsas məqsədi insanlara tövsiyə etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ümumi profilli tibbi yardımın təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva müxtəlif qurumların birgə əməkdaşlığı ilə təşkil olunan bu maarifləndirici kampaniyanın vacib addım oduğunu bildirdi: “Burada əsas məqsəd  əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək, qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəliklər sırasında məhz qeyri-infeksion xəstəliklərin yer aldığını təəssüflə vurğuladı: “Amma bu xəstəliklərin qarşısını almaq mümkündür. Qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar”.

Servye Azərbaycan şirkətinin direktoru Rişad Təhməzov arterial hiprertenziyanın  bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayıldığını bildirdi: “Baxmayaraq ki, yüksək qan təzyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürüldü və “Çünki belə lazımdır” şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlandı”.

Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırıldı və iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanıldı.

Qeyd edək ki, ötən il də keçirilən bu maarifləndirici kampaniya bu dəfə İSİM, TƏBİB, İTV, “Bakı Metropoliteni” QSC, AKC və   Servye Azərbaycan şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq və kampaniyaya çərçivəsində digər qurumların da əməkdaşlığa qoşulması gözlənilir.

 

Şəkil