İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 YANVAR 2023

İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 27 yanvar 2023-cü ildə Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi. Konfrans Səhiyyə Nazirliyi, İSİM və Azərbaycan Tibb Universitetinin birgə əməkdaşlığı, Uptodate İn Medicine-nin texniki dəstəyi ilə təşkil olundu.

İSİM-in direktor müavini Rahib Məmmədov giriş sözü ilə çıxış edərək bildirdi ki, müasir dövrdə qarşıda duran ən aktual məsələlərdən biri milli səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, innovasiyaları stimullaşdırmaq üçün yanaşmaların, elmi tədqiqatların hazırlanması və təşviqidir.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov elmi tədqiqatların təşviqi proqramı: məqsəd və vəzifələr, o cümlədən klinik tədqiqatların təşkili və GCP sertifikasiya  barədə geniş təqdimatla çıxış etdi, İSİM tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar haqqında ətraflı məlumat verdi.

İSİM-in İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov 2022-ci ildə Azərbaycanda aparılan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı çıxış etdi,  uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinin əhəmiyyətini vurğuladı. İSİM-in əməkdaşı Səbinə Babazadə çıxış edərək, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri barədə konfrans içtirakçılarına məlumat verdi.

Daha sonra xarici ekspertlərin “Zoom” platforması üzərindən onlayn məruzələri dinlənildi. ÜST-nin Regional Ofisinin nümayəndəsi Dr. Mark Katz “Tədqiqatlar nəyə görə lazımdır?”, Dr. Ceyson Maknayt “Beynəlxalq jurnallardakı nəşrlərdə uğur qazanmaq üçün məsləhətlər” mövzusunda çıxış etdilər. Digər xarici ekspertlər Dr. Ceyson Doran “Kommunikasiya araşdırması”, Dr. Madelin Rocas “Vaksin effektivliyi: konsepsiya və analiz” mövzularında danışdılar.

Tədbirin sonunda bildirildi ki, yeni elmi mövzuların (ictimai səhiyyə, kardiologiya, nevrologiya, uşaq sağlamlığı, klinik qidalanma və s.) seçilməsi və elmi məqalələrin hazırlanması üçün elmi işçi qrupların formalaşdırılması və bu istiqamətdə müntəzəm görüşlərin təşkili nəzərdə tutulur.

Şəkillər