İSİM-də Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlim kursu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

18 YANVAR 2023

İSİM-də Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlim kursu keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 17-18 yanvar 2023-cü ildə Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlim kursu keçirildi. Təlimin təşkilində məqsəd tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi idi.

Amerika Ürək Assosiasiyasının (AHA) İSİM-də yerləşən rəsmi təlim məkanında keçirilən ikigünlük təlim zamanı iştirakçılara tənəffüs çatışmazlığının diaqnostikası və müalicəsi, təxirəsalınmaz vəziyyətlər zamanı istifadə olunan dərmanlar, uşaqlarda aritmiyalar, şok senariyaları və intraosseoz yolun təmin edilməsi, ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi mövzuları barədə geniş məlumat verildi, bu istiqamətdə praktik tətbiqetmə-simulyasiya təcrübələri həyata keçirildi.

Təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) PALS üzrə instruktoru,   İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin əməkdaşı, həkim nevroloq Könül İsmayılova tərəfindən  aparıldı.

Təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 12 DTT kredit balı ilə qiymətləndirilmişdi.

Qeyd edək ki, Pediatrik Təkmil Həyata Dəstək (PALS - Pediatric Advanced Life Support) Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsil və praktik vərdişlərinin təkmilləşdirilməsi üçün hazırlanmış təlimdir.

Şəkillər