“Gənclik Mall” Ticarət Mərkəzində maarifləndirici-tibbi aksiya keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 DEKABR 2022

“Gənclik Mall” Ticarət Mərkəzində maarifləndirici-tibbi aksiya keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə 23 dekabr 2022-ci ildə “Gənclik Mall” Ticarət Mərkəzində əhali üçün maarifləndirici-tibbi aksiya keçirildi.                     

Aksiya iştirakçılarına mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəlikləri haqqında məlumat verildi. Bildirildi ki, son illər dünyada ürək-damar sistemi xəstəliklərinin cavanlaşması müşahidə olunur, bu da səhv qidalanma, qeyri-sağlam həyat tərzi, ətraf mühitin və ekologiyanın çirklənməsi, həmçinin, vətəndaşların vaxtında müvafiq profilaktik müayinələrdən keçməməsi ilə əlaqədardır.

Aksiya çərçivəsində portativ aparatlar vasitəsi ilə vətəndaşlar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının müəyyən olunması) dəvət edildilər, onlara həkim və kardioloqlar,  ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verildi.

şəkillər