Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğunun nəticələri müzakirə edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 DEKABR 2022

Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının öyrənilməsinə dair sorğunun nəticələri müzakirə edildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 16 dekabr 2022-ci il tarixdə “Azərbaycanda əhali arasında sağlamlıq savadlılığının  öyrənilməsinə dair sorğu”nun yekun nəticələrinə həsr edilmiş dəyirmi masa oldu.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək bildirdi ki, sorğunun  keçirilməsində əsas məqsəd əhalinin sağlamlıqla bağlı məlumatlılığının səviyyəsini, o cümlədən xəstəliklərin qarşısının alınması və profilaktikası, tibbi anlayışlar, pasiyent hüquqları və s. məsələlər barədə bilik və bacarıqlarını müəyyən etmək idi.

İSİM-in Səhiyyə texnologiyaları və teletəbabət şöbəsinin müdiri Samir Mehdiyev sorğunun nəticələri ilə bağlı geniş  təqdimatla çıxış etdi.  O, bildirdi ki, tədqiqatda min nəfər respondent iştrak edib və hər biri 27 suala cavab verib. Nəticələrə əsasən, iştrakçıların 18,9 faizi ümumi sağlamlıq məlumatlarının qavranılması və təhlilində çətinlik çəkmədiklərini qeyd edib. Sorğu nəticələri göstərir ki, təhsil səviyyəsi yüksək olan iştrakçılar arasında sağlamlıqla bağlı məlumatlılıq daha yüksək səviyyədədir.

Təqdimatdan sonra iştrakçıları maraqlandıran suallar cavablandırıldı və səmərəli fikir mübadiləsi aparıldı.