İSİM tərəfindən aparılan “Azərbaycanda özəl tibb fəaliyyəti üzrə sorğu”nun yekun nəticələri ilə bağlı dəyirmi masa oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 DEKABR 2022

İSİM tərəfindən aparılan “Azərbaycanda özəl tibb fəaliyyəti üzrə sorğu”nun yekun nəticələri ilə bağlı dəyirmi masa oldu

İSİM-in direktoru Qəhrəman Haqverdiyev sorğunun nəticələri barədə geniş təqdimatla çıxış etdi. O, İSİM tərəfindən 2021-ci ilin sonu 2022-ci ilin əvvəli ölkəmizdə özəl tibb müəssisələri arasında aparılan bu sorğunun  səhiyyə sektorunun inkişafındakı aktual məsələlərə, o cümlədən problemlərə nəzər salan ilk irimiqyaslı sorğu olduğunu bildirdi. Sorğunun məqsədi özəl tibb fəaliyyətində mövcud vəziyyəti, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, personal və pasiyentlərlə iş, icbari və könüllü sığorta, özəl təbabətdə informasiya texnologiyalarının tətbiqi və s. məsələləri öyrənmək idi.

Qeyd edildi ki, cəmi 108 sualın (o cümlədən İSİM ilə əməkdaşlıq haqqında 16 sual) yer aldığı sorğuya respublika üzrə fəaliyyət göstərən 61 özəl tibb müəssisəsi cəlb olundu və suallar müəssisə rəhbərləri tərəfindən cavablandırıldı. Sorğuya cəlb olunan tibb müəssisələrinin seçimi təsadüfi idi, sorğudan imtina nisbəti 3-5 faiz qeydə alındı. Dəyirmi masada sorğunun nəticələri geniş müzakirə olundu, iştrakçıları maraqlandıran suallar cavablandırıldı və ölkəmizdə özəl tibb fəaliyyətinin aktual məsələləri ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı.

 

şəkillər