“Siqareti yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi

XƏBƏRLƏR bütün xəbərlər

22 NOYABR 2022

“Siqareti yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 22  noyabr 2022-ci ildə Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində “Siqareti yox, sağlamlığı seç”  mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə, o cümlədən digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq idi.

İSİM-in İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova təqdimatla çıxış edərək sağlam həyat tərzinin üstünlüyü, tütünçəkmənin fəsadları barədə ətraflı məlumat verdi. İSİM-in Təlim-resurs şöbəsinin əməkdaşı Aysel Məmmədzadə təhlükəli statistikanı iştirakçıların nəzərinə çatdırdı: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir, onların 1 milyonu paasiv tütünçəkmənin qurbanlarıdır”.

Tədbirdə zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit üçün mənfi təsir göstərdiyi və zərərli vərdişlərdən uzaq olmağın vacibvliyi bir daha vurğulandı. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirici materiallar təqdim olundu.


Şəkillər