İSİM-də klinik protokollara dair təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 NOYABR 2022

İSİM-də klinik protokollara dair təlimlər keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 15-16 noyabr 2022-ci il tarixdə klinik protokollara (KP) dair təlimlər keçirildi. İkigünlük təlimlərin məqsədi sübutlara əsaslanan klinik protokolları Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun müvafiq kafedralarının tədris proqramlarına, həmçinin rezedentura və davamlı tibbi təhsil proqramlarına daxil etmək, peşəkar tibb assosiasiyalarının fəaliyyətini gücləndirmək, onları KP-ların tərtib edilməsi prosesinə daha yaxından cəlb etmək və müvafiq beynəlxalq tədqiqatlarda iştirakına dəstək  verməkdir.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova “Sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması”, “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq” klinik protokolları bərədə geniş təqdimatlarla çıxış edərək iştrakçılara klinik protokolların tərtibatı, təsnifatı, həkim və pasiyent qrupları, diqqət edilməli olan vacib məqamlar barədə ətraflı məlumat verdi. Sonda iştrakçıları maraqlandıran suallar cavablandırıldı və səmərəli fikir mübadiləsi aparıldı.

şəkillər