• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

XƏBƏRLƏR bütün xəbərlər

24 İYUN 2022

İSİM-in nümayəndələri Bişkek şəhərində qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə keçirilən tədbirdə iştirak etdilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən  21-22 iyun 2022-ci il tarixdə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində piylənməyə nəzarət, qidalanma, qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası siyasəti üzrə dialoqun genişləndirilməsi və bu istiqamətdə görülən tədbirlərin analizinin aparılması məsələlərinə dair tədbir keçirildi. Tədbirdə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri,  səhiyyə və tibb işçiləri, ictimai səhiyyə mütəxəssisləri və ekspertlər təmsil olunurdu. Səhiyyə Nazirliyi İctimai Səhiyə və İslahatlar Mərkəzinin  (İSİM) Monitorinq və analiz şöbəsinin müdiri İnara Makayeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, QİX üzrə proqram rəhbəri Elturan İsmayılov, TƏBİB-in nümayəndələri – Ceyran Abdullayeva və Zülfiyyə Kazımzadə  tədbirdə iştirak etdilər.  

ÜST-nin QİX-in qarşısının alınması və nəzarəti üzrə Avropa Bürosunun rəhbəri vəzifəsini icra edən Kremlin Vikramasinqhe və digər ekspertlərin çıxışlarında bir daha vurğulandı ki, QİX regionda və ümumən dünyada insan sağlamlığına təhlükə yaradan  əlilliyin, xəstəlik və ölümlərin başlıca səbəbi hesab olunur. Ekspertlərin görülən işlərə dair təqdimatlarında nəzərə çatdırıldı ki,  QİX yükünün azaldılması istiqamətində mühüm addımların atılmasına baxmayaraq, bu sahədə  hələ də problemlər qalmaqdadır. 

Mövcud problemləri nəzərə alaraq keçirilən seminarın əsas məqsədi iştirakçıları regionun müxtəlif ölkələrində qeyri-infeksion xəstəliklərlə mübarizədə aparılan analizlərin nəticələri ilə tanış etmək, yaradılan  metod və konsepsiyaları təqdim edərək praktiki biliklər öyrətmək, real şərtlər əsasında onlardan istifadə  qaydalarını göstərmək, həmçinin Azərbaycan, Qırğızıstan və Özbəkistan Respublikalarının nümayəndələri ilə layihələrin növbəti mərhələlərini müzakirə etmək idi. 

Seminarda region ölkələrdə keçirilən pilot layihələrin  nəticələri analiz olundu, iştirakçı ölkələrin hesabatları dinlənildi və fəaliyyətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparıldı.