• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

26 MAY 2022

Siyəzəndə 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olumuş maarifləndirici təşviqat aksiyası oldu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 may 2022-ci ildə Siyəzən şəhərində maarifləndirici təşviqat aksiyası oldu. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi. 

Siyəzən Rayon İcta Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova çıxış edərək, zərərli vərdişlərlə mübarizədə maarifləndirici, məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğuladı.  İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva bildirdi ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, həm də ətraf mühit üçün zərərlidir: “Ümumdünya Səhiyyə Təşkilatının  təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il qeyd olunan 31 may - Ümumdünya Tütünsüz Gününün builki şüarı belədir: tütün ətraf mühit üçün təhlükədir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün birgə səy göstərməyi, həmrəy olmağı təbliğ edir”.  İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırdı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və  bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir: “Araşdırmalara görə, tütün tüstüsündə 7 min zərərli kimyəvi maddələr var. Tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Odur ki, ölümcül təhlükələrdən yeganə qorunma yolu tütün tüstüsündən azad mühitin yaradılmasıdır”. Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva hər kəsi zərərli vərdişlərdən uzaq olmağa,  sağlam həyat tərzi keçirməyə çağırdı.

Aksiya çərçivəsində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə Siyəzən məktəblilərinin iştirakı ilə rəsm yarışması keçirildi. Hər kəsi sağlam həyat tərzi keçirməyə, sağlamlıqlarını və ətraf mühiti qorumağa səsləyən gənc rəssamlara İSİM tərəfindən xatirə hədiyyələri təqdim olundu. 

Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün  Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.