15 NOYABR 2021
Sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir keçirildi
12 noyabr 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Slavyan Universitetinin məktəb-lisey kompleksində “Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, sağlam həyat tərzinin əsas amillərindən söz açıb zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və maarifləndirici materiallar paylanıldı.