13 NOYABR 2021
Orta məktəblərdə maarifləndirici tədbirlər keçirildi
Təhsil Nazirliyin əməkdaşlığı ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2, 3, 4, 10 noyabr 2021-ci il tarixdə “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində 5, 110, 177 və 149 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi.
Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.
İSİM-in mütəxəssisləri – Gülnarə Cəfərova "Sağlam qidalanma", "Fiziki aktivlik", Ülkər Camalova “Zərərli vərdişlər”, Zümrüd Kazımova “Gigiyena qaydaları” mövzuları üzrə geniş təqdimatla çıxış edərək məktəblilərə ətraflı məlumat verdilər.
Tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulandı.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirici materiallar paylanıldı.