“COVID-19:İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2020

“COVID-19:İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi

USAID və UNICEF-in dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə “COVID-19:İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda 12 noyabr 2020-ci ildə onlayn təlim keçirildi.

Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərin  təşkilində məqsəd – iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomlarıfərdi qoruyucu vasitələrdən istifadə qaydaları, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş pasiyentlərin müalicəsinin idarəedilməsi üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Qedək ki, ilkin təlimlər 550 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Növbəti mərhələdə təlimlər daha geniş auditoriyanı əhatə etmək məqsədi ilə  www.ecourses.az  onlayn təhsil platformasında davam edib və artıq 4 təlim təşkil olunub. Bu təlimlərdə 400-dən çox tibb işçisi içtirak edib. Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 DTT krefit balı ilə qiymətləndirilib. 

Son təlimin 30 noyabr 2020-ci ildə keçirilməsi nəzərdə tutulur. Təlim kursları UNICEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında keçirilir.