• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

7 NOYABR 2020

“Tütünün və spirtli içkilərin sağlamlığa zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirildi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri Narkoloji  Dispanserin birgə əməkdaşlığı ilə  7 noyabr 2020-ci il tarixdə “Tütünün və spirtli içkilərin sağlamlığa zərərli təsiri” mövzusunda onlayn tədbir keçirildi.

Tədbirin əsas məqsədi şagirdlərin tütün məmulatları və spirtli içkilərdən istifadənin  sağlamlığa təsirinin acı fəsadları barədə maarifləndirilməsidir.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayeva  çıxış edərək, tütünçəkmənin sağlamlığa zərərli və təhlükəli təsiri barədə ətraflı məlumat verdi.

O, passiv tütünçəkmənin, yəni özləri istifadə etməsə də, tütün tüstüsünə məruz qalmağın ağır nəticələrindən söz açaraq, şagirdlərə yaxınlıqda siqaret çəkənlərin əhatəsindən dərhal uzaqlaşmağı tövsiyə etdi.

İştirakçılarla interaktiv şəraitdə keçən görüşdə onların sualları cavablandırıldı, sağlam həyat tərzi ilə bağlı faydalı məlumatlar paylaşıldı.