7 НОЯБРЯ 2020
“Tütünün və spirtli içkilərin sağlamlığa zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirildi
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri Narkoloji Dispanserin birgə əməkdaşlığı ilə 7 noyabr 2020-ci il tarixdə “Tütünün və spirtli içkilərin sağlamlığa zərərli təsiri” mövzusunda onlayn tədbir keçirildi.
Tədbirin əsas məqsədi şagirdlərin tütün məmulatları və spirtli içkilərdən istifadənin sağlamlığa təsirinin acı fəsadları barədə maarifləndirilməsidir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayeva çıxış edərək, tütünçəkmənin sağlamlığa zərərli və təhlükəli təsiri barədə ətraflı məlumat verdi.
O, passiv tütünçəkmənin, yəni özləri istifadə etməsə də, tütün tüstüsünə məruz qalmağın ağır nəticələrindən söz açaraq, şagirdlərə yaxınlıqda siqaret çəkənlərin əhatəsindən dərhal uzaqlaşmağı tövsiyə etdi.
İştirakçılarla interaktiv şəraitdə keçən görüşdə onların sualları cavablandırıldı, sağlam həyat tərzi ilə bağlı faydalı məlumatlar paylaşıldı.