• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

НОВОСТИ все новости

6 НОЯБРЯ 2020

İSİM-in mütəxəssisisi “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda onlayn təlimdə çıxış etdi

6 noyabr 2020-ci il tarixdə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda onlayn təlim keçirildi.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri Narkoloji  Dispanserin birgə əməkdaşlığı ilə keçirilən təlimdə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin mütəxəssisləri, əməkdaşları iştirak etdilər. Təlimin əsas məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində peşəkarlıq səviyyəsinin artırılması idi.  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təlimdə  çıxış edərək, narkotik vasitələrin insanların sağlamlığına vurduğu zərərlərin acı fəsadlarından danışdı. O, narkomaniyaya qarşı mübarizə üsullarından söz açaraq vurğuladı ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi bu istiqamətdə prioritet məsələdir.

Çıxışlarda bildirildi ki, narkomaniyaya qarşı müvafiq qurumlar, eyni zamanda cəmiyyətin bütün üzvləri tərəfindən birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında keçirilən maarifləndirmə tədbirləri daimi xarakter almalıdır.

Şəkillərlə burada tanış olmaq olar.