COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə onlayn təlimlər keçiriləcək | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 SENTYABR 2020

COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə onlayn təlimlər keçiriləcək

USAİD və UNİCEF-in dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi birgə əməkdaşlıqda, COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının qorunması işinin təkmilləşdirilməsi məqsədilə təlim kursları təşkil olunacaq. Respublikanın 11 şəhər və rayonunda qadın məsləhətxanaları, uşaq poliklinikaları, şəhər və rayon xəstəxanalarının mama-ginekologiya, neonatologiya və pediatriya şöbələrinin həkim və tibb bacıları təlimlərdə iştirak edəcəklər.
Təlimlər zamanı iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş hamilələrin və uşaqların müalicəsinin idarəedilməsinə dair bilik və bacarıqları artırılacaq.

İlkin təlimlər 550 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Növbəti mərhələdə www.ecourses.az onlayn təhsil platformasında keçiriləcək video-təlimlər daha geniş auditoriyanı əhatə edəcək. Bu məqsədlə 5 onlayn vebinarın keçirilməsi nəzərdə tutulub. 25 sentyabr 2020-ci il tarixdə “COVID-19 və hamilələr: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda, 30 sentyabr 2020-ci il tarixdə isə “Pediatrik COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda vebinarlar keçiriləcək. Növbəti 3 onlayn vebinarın oktyabr ayında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində təşkil ediləcək təlim kursları UNİCEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ÜST-nin beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında keçirilir.  Layihənin sonunda hazırlanmış video-təlim kursu həmin portalda tibb işçilərinin istifadəsi üçün ilin sonunadək əlçatan olacaq ki, bu da daha çox tibb işçisinin istənilən zaman platformaya daxil olub həmin kursdan yararlanmasına imkan verəcək.

Şəkillərlə burada tanış olmaq olar.