• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

23 SENTYABR 2020

İSİM-in nümayəndəsi “Avropada Sağlamlıq Məktəbləri” şəbəkəsinin koordinatorları üçün təşkil olunmuş illik seminarda iştirak edib

Sentyabrın 23-də videokonfrans formatında Şərqi Avropa və Orta Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” (Schools for Health in Europe) layihəsinin milli koordinatorları üçün təşkil olunmuş illik seminar-iclas keçirilib. Seminarın əsas məqsədi milli koordinatorların fəaliyyətini dəstəkləmək və sağlamlıq proqramlarına xüsusi diqqət yetirən məktəblərin təcrübə mübadiləsini təmin etmək olub.

Videokonfrans formatında keçirilən bu seminarda ölkəmizi “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin milli koordinatoru kimi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzininin (İSİM) şöbə müdiri Səbinə Babazadə təmsil edib.

Builki onlayn seminar-iclasın əsəs müzakirə mövzuları Şərqi Avropa və Orta Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin milli koordinatorları yerlərdə həyata keçirdikləri iş faəliyyətləri, COVID-19 pandemiyası zamanı məktəblərdə tətbiq olunan distant təhsil ilə bağlı çətinliklər, məktəblərdə aparılan koronavirusun geniş yayılmasına qarşı tədbirlərin həyata keçirilməsi prosesi olub. Eyni zamanda, tədbirdə Şərqi Avropa və Orta Asiya ölkələri üzrə milli koordinatorları “Avropada Sağlamlıq Məktəbləri” layihəsi üçün yeni standartların və göstəricilərin hazırlanmasına dair müzakirələr aparıb.

Onlayn seminar-iclasın gündəliyinə daxil olunmuş mühüm məsələlərin biri də sağlamlığı təşviq edən məktəb necə olmalıdır?” mövzulu məktəblər üçün nəzərdə tutulmuş təlimatın ikinci nəşrinin müzakirəsi keçirilib. Seminar zamanı 2019-cu ildə xüsusi olaraq müəllimlər üçün hazırlanmış “Sağlamlığı öyrənirik və sağlamlığı möhkəmləndiririk. Əsas konsepsiyalar və tədbirlər” adlı vəsaitinin nə qədər faydalı və təsirli olduğu üzərində geniş və maraqlı müzakirələr keçirilib.

İSİM-in şöbə müdiri Səbinə Babazadə onlayn tədbirdə çıxış edərək, Azərbaycanda xüsusi karantin rejimi dövründə məktəblərdə tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında konfransın iştirakçılarına məlumat verib. Bundan sonra ölkəmizdə COVID-19 virusunun pandemiyası zamanı tətbiq edilən distant təhsilin hazırda sagirdlərin səhhəti, həyat tərzi və rifahına necə təsir göstərdiyi haqda hesabat təqdim edilib.

Seminarın sonunda Şərqi Avropa və Orta Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” milli koordinatorlara seminarın təşkilatçıları tərəfindən fərdi şəkildə konsultasiyalar verilib. Həmçinin, “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin 2020-2021 tədris ili üçün plan və iş perspektivləri müəyyənləşdirilib. 

Qeyd edək ki, 23 sentyabrda videokonfrans formatında keçirilən illik seminarın təşkilatçıları Rusiya Səhiyyə Nazirliyinin "Uşaqların Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzi" Federal Dövlət Muxtar Təşkilatı, ÜST-ün Avropa Regional Ofisi, “Avropada Sağlamlıq Məktəbləri” Avropa şəbəkəsinin İcraçı Komitəsi və “Avropada Sağlamlıq Məktəbləri” şəbəkəsinin Moskva Ofisi olub.