AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi COVID-19 pandemiyasına qarşı mübarizədə innovativ rəqəmsal texnologiyaları tətbiq edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 SENTYABR 2020

AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi COVID-19 pandemiyasına qarşı mübarizədə innovativ rəqəmsal texnologiyaları tətbiq edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev öz müsahibəsində COVID-19 pandemiyasına qarşı mübarizə və ictimai sağlamlığın qorunmasında qabaqcıl rəqəmsal texnologiyalardan istifadə haqqında danışıb.

Onun fikrincə, hal-hazırda səhiyyənin qarşısında dayanmış əsas vəzifələrdən biri sağlamlıq haqqında müxtəlif maarifləndirici materialların yaradılmasıdır. Qəhrəman Haqverdiyev İSİM-in təcrübəli həkimləri və Kommunikassiyalar şöbəsi işçilərinin məhz bununla məşğul olduqları haqda məlumat verib. O, həmçinin hər il onlarla kitabçaların çap olunduğunu və bu prosesin rəqəmsal platformaları olan sosial şəbəkələr və mobil tətbiqlərdən istifadə etməklə optimallaşdırıldığını söyləyib. Bu məqsədlə peşəkar tibbi məlumatlarla dolu bir neçə veb sayt yaradılıb (məsələn, www.saglamliq.isim.azvə www.tobaccocontrol.az).“Mütəxəssislərimiz aktiv şəkildə sosial şəbəkələrdə səhifələri idarə edir, hər növ video çarxlar yaradır, onları video resurslarda yerləşdirir. Lakin, biz bunun kifayət olmadığını düşünüb, yeni onlayn rəqəmsal televiziya layihəsi üzərində işləyirik. Bu layihəni həyata keçirmək üçün orijinal ssenarilər üzərində çəkilmiş onlarla video çarxlarımız var və eyni zamanda yeni 2D və 3D animasiya filmlərinin yaradılması üzərində işləyirik”- deyə mərkəz rəhbəri izah etdi.

COVID-19 pandemiyasının İSİM-in planlarına təsirindən danışan mərkəz rəhbəri qeyd etdi ki, artıq bu ilin fevralında Səhiyyə Nazirliyinin əmrinə əsasən mərkəzin mütəxəssisləri koronavirusun yayılmasına qarşı mübarizədə fəal iştirak etməyə başlayıb. Onlar ÜST-ün materiallarını tərcümə edib, müvafiq mövzularda kitabçalar hazırlayıb və paylayıblar, İnternetə müxtəlif materiallar yerləşdiriblər.

Həmçinin koronavirusla mübarizəyə həsr olunmuş ölkədə ilk www.covid-19.isim.azveb saytı, COVID-19-un qarşısının alınması və klinikası haqqında məlumat verən onlayn-çat, CDC alqoritmi əsasında bu xəstəliyin diaqnozunu qoymağa kömək edən bir internet çat-bot yaradılıb. Bundan əlavə, həkimlər və tibb bacıları üçün infeksiya nəzarəti və reanimasiya əsaslarına həsr olunmuş video çarxlar çəkilib, onlayn təlimlər və veb-seminarlar hazırlanıb. UNICEF ilə əməkdaşlıq çərçivəsində sosial şəbəkələrdə bir çox material yerləşdirilib, canlı yayımlar təşkil olunub. Daha sonra Qəhrəman Haqverdiyev BMT İnkişaf Proqramı və Səhiyyə Nazirliyinin dəstəyi və Ezgil Medical Technologies-in əməkdaşlığı ilə yaradılan İSİM-in son layihə haqqında bəhs edib. Söhbət həkimlərə COVID-19 xəstələrə məsafəli konsultasiya vermək imkanı yaradan “Video Doktor” adlı tətbiqi haqqında idi.

Daha sonra Qəhrəman Haqverdiyev İSİM-də ən çox yayılmış qeyri yoluxucu xəstəliklərə qarşı mübarizədə kömək edən bir neçə mobil tətbiqin hazırlandığı barədə məlumatı da paylaşdı. Bundan başqa, mərkəzin mütəxəssisləri ictimai səhiyyə mövzusunda elektron jurnal yaradıb. Onun ilk sayı İSİM tərəfindən bu yaxınlarda keçirilən ümummilli sorğuların nəticələri əsasında hazırlanmış elmi məqalələrə həsr olunub: Risk amillərinin araşdırılması (WHO STEPS), Məktəbli uşaqların sağlamlıq davranışlarının araşdırılması (HBSC), Gənclər tərəfindən tütündən istifadə (GYTS) və s.

Müsahibə zamanı İSİM-in direktoru innovasiya məhsullarının yaradılması və təbliği zamanı qarşılanan çətinliklərə aid sualı da cavablandırıb: “Bizim məqsədimiz məhsullarımız haqqında məlumatı bütün səhiyyə işçilərinə çatdırmaqdır ki, onlar da aktiv şəkildə istifadə etsinlər”. Mərkəz rəhbərinin sözlərinə görə, hazırda İSİM-in yaratdığı məsullardan gənc həkimlər olduqca fəal şəkildə istifadə edir, lakin xəstələr bunu çox nadir hallarda edir. Məsələn, mərkəzin istifadəyə verdiyi başqa bir “Şəkərli Diabet” tətbiqindən istifadə edərək, xəstələr hər gün vəziyyətləri haqqında məlumatı müalicə edən həkimlərinə göndərməli, pəhrizlərini və qanda şəkər səviyyələrini tənzimləmək üçün “çörək kalkulyator”-undan istifadə etməlidir. Bu ürək xəstələri üçün nəzərdə tutulmuş “Ürəyinizi Qoruyun” tətbiqinə də aiddir. Buna baxmayaraq, Qəhrəman Haqverdiyev qeyd etdi ki, son vaxtlar əhali arasında mərkəzin inkişafına maraq artmaqdadır, xüsusilə də bu siqaretdən imtina etmək istəyənlər üçün yaradılmış “Tütündən İmtina Et” və qida kalkulyatoru olan “Saqlam Qida” adlı mobil tətbiqlərə aiddir.

İSİM-in maliyyələşdirilməsindən danışan Qəhrəman Haqverdiyev rəhbərlik etdiyi mərkəzin dövlət təşkilatı olduğunu və müvafiq olaraq, vəsaitin büdcədən ayrıldığını qeyd edib. Həmçinin, mərkəzin uzunmüddətli tərəfdaşları olan UNDP, WHO, UNICEF və UNFPA kimi beynəlxalq təşkilatların maddi dəstəyi daim hiss olunur. “Bəzi proqramları kompüter sistemlərinin yaradıcıları ilə əməkdaşlıqda və ya startap şəklində yaradırıq. Məhsullarımızın çoxu pulsuzdur və onlardan istifadə etmək üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir” – deyə, mərkəzin rəhbəri fikrini bildirdi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru müsahibəsinin son hissəsini onun rəhbərliyi altında fəaliyyət göstərən qurumun əməkdaşlarının gündəlik vəzifələrini yerinə yetirmə prosesində son texnologiyalı məhsullardan istifadə etmələri mövzusuna həsr edib. Qəhrəman Haqverdiyev müntəzəm işlərin kompüterləşdirilməsini “obyektiv zərurət” adlandırıb. Bundan əlavə, həkimlər və tibb bacıları arasında müayinələrin aparılması prosesini asanlaşdırmaq üçün Səhiyyə Nazirliyi həkimlərin Sertifikat Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Mərkəz direktoru www.qbank.azportalında elektron sual bankının yaradılması barədə də danışıb. O, digər misalları də sadalayıb: elektron sənəd dövriyyəsi sistemi, işçilər arasında sənəd mübadiləsi üçün "bulud saxlanılma yeri", layihə idarəetməsi üçün xüsusi proqramlar və nəhayət, sorğuların aparılması üçün fərdi onlayn platforma. Bundan əlavə, Qəhrəman Haqverdiyev bu yaxınlarda Səhiyyə Nazirliyinin nəzdinə verilmiş Bakı şəhər poliklinikaların işinin yaxşılaşdırılmasına kömək edən qısa zamanda yaradılan www.poliklinika.az adlı elektron platformasından bəhs etdi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev müsahibəsini bu sözlərlə yekunlaşdırdı: “COVID-19 virusunun yaratdığı pandemiya innovativ texnologiyalara ehtiyac olduğunu bir daha nümayiş etdirdi. Əminəm ki, koronavirus epidemiyası ilə mübarizə hamımızı son qələbəyə gətirəcək, o cümlədən bizim rəqəmsal məhsullarımızın sayəsində. Gəlin, müasir rəqəmsal texnologiyaların bizə verdiyi bütün imkanlardan istifadə edib, hər zaman sağlam və pozitiv qalmağa çalışaq!".