"İnfeksiyaların profilaktikası və nəzarəti, habelə su təchizatı, sanitariya və gigiyena" məsələləri üzrə beynəlxalq təlim kursları keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

22 İYUL 2020

"İnfeksiyaların profilaktikası və nəzarəti, habelə su təchizatı, sanitariya və gigiyena" məsələləri üzrə beynəlxalq təlim kursları keçirilir

BMT-nin Uşaq Fondunun (UNICEFAvropa regional ofisinin təşkilatçılığı ilə 20 iyul 2020-cil  tarixdən etibarən "İnfeksiyaların profilaktikası və nəzarəti, habelə su təchizatı, sanitariya və gigiyena" məsələləri üzrə beynəlxalq təlim kursları keçirilir.

Onlayn təlim kurslarının məqsədi COVID-19 və digər respirator infeksiyaların profilaktikasını və onları nəzarətə götürülmə tədbirlərini müzakirə etmək, ölkələr arasında beynəlxalq təcrübələri bölüşmək, pandemiya zamanı tibb və qeyri-tibb müəssisələrində infeksiyaların yayılmasının qarşısını almaq, dezinfeksiya işlərinin düzgün aparılma qaydalarını, tibb və qeyri-tibb işçiləri tərəfindən fərdi qoruyucu vasitələrin düzgün istifadə texnikasını izah etmək, COVID-19 infeksiyasının diaqnostikası və menecmenti ilə bağlı vacib məqamları diqqətə çatdırmaqdır.

Altı gün davam edəcək təlim kursunda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, habelə Avropa regional ofisinin əhatə dairəsi olan ölkələrin mütəxəssisləri, UNICEF-in milli ofislərinin və müxtəlif ölkərin səhiyyə nazirliyi və ictimai səhiyyə nümayəndələri iştrak edirlər.