22 ИЮЛЯ 2020
"İnfeksiyaların profilaktikası və nəzarəti, habelə su təchizatı, sanitariya və gigiyena" məsələləri üzrə beynəlxalq təlim kursları keçirilir
BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa regional ofisinin təşkilatçılığı ilə 20 iyul 2020-cil tarixdən etibarən "İnfeksiyaların profilaktikası və nəzarəti, habelə su təchizatı, sanitariya və gigiyena" məsələləri üzrə beynəlxalq təlim kursları keçirilir.
Onlayn təlim kurslarının məqsədi COVID-19 və digər respirator infeksiyaların profilaktikasını və onları nəzarətə götürülmə tədbirlərini müzakirə etmək, ölkələr arasında beynəlxalq təcrübələri bölüşmək, pandemiya zamanı tibb və qeyri-tibb müəssisələrində infeksiyaların yayılmasının qarşısını almaq, dezinfeksiya işlərinin düzgün aparılma qaydalarını, tibb və qeyri-tibb işçiləri tərəfindən fərdi qoruyucu vasitələrin düzgün istifadə texnikasını izah etmək, COVID-19 infeksiyasının diaqnostikası və menecmenti ilə bağlı vacib məqamları diqqətə çatdırmaqdır.
Altı gün davam edəcək təlim kursunda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, habelə Avropa regional ofisinin əhatə dairəsi olan ölkələrin mütəxəssisləri, UNICEF-in milli ofislərinin və müxtəlif ölkərin səhiyyə nazirliyi və ictimai səhiyyə nümayəndələri iştrak edirlər.