Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

20 NOYABR 2019

Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi

Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının Katibliyi və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə 19-20 noyabr 2019-cu il tarixdə Gürcüstanın Tbilisi şəhərində tütünlə mübarizə qanunvericiliyinin tətbiqinə dair seminar keçirildi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri – direktor müavini Rahib Məmmədov, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquqşünas Fidan Rüstəmova seminarda iştirak etdilər.

Seminarın təşkilində əsas məqsəd – tütünlə mübarizə qanunvericiliyinin tətbiqi ilə bağlı tələblərin artırılması və bu istiqamətdə görülən işlərin daha da gücləndirilməsi idi. Nümayəndələr çıxış edərək, bu sahədə ölkələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər və əldə edilən uğurları bölüşdülər. Eyni zamanda, tütünə qarşı mübarizə siyasətində və qanunların icrasındakı boşluqların müəyyən edilməsi, qanunlara əməl edilməsinə mane olan səbəblər iştirakçılar tərəfindən geniş müzakirə olunduş

Azərbaycan, Moldova, Gürcüstan və digər ölkələrin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə keçən seminarda tütünlə mübarizəyə dair qəbul edilən qanunların icrasının təkmilləşdirilməsi, tütünlə mübarizə aparan ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tütünlə mübarizənin effektivliyi üçün səylərin birləşdirilməsi yolları nəzərdən keçirildi, səmərəli təkliflər verildi.

Şəkillərlə burada tanış olmaq olar.