Azərbaycan nümayəndə heyəti İordaniyada “Antibiotiklərə qarşı rezistentlik" mövzusu üzrə keçirilən beynəlxalq müşavirədə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

8 NOYABR 2019

Azərbaycan nümayəndə heyəti İordaniyada “Antibiotiklərə qarşı rezistentlik" mövzusu üzrə keçirilən beynəlxalq müşavirədə iştirak etdi

İordaniya Respublikasının paytaxtı Amman şəhərində 6-7 noyabr 2019-cu il tarixdə TAİEX tərəfindən təşkil olunan “Antibiotiklərə  qarşı rezistentlik" mövzusu üzrə beynəlxalq müşavirə  keçirildi.

Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun aparıcı məsləhətçisi Nəzifə Mürsəlova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Jalə Nəsibova, AQTİ Keyfiyyətə Nəzarət şöbəsinin müdiri İlqar Abdullayev, AQTA Qida Təhlükəsizliyinə Nəzarət sektorunun nümayəndələri Vüqar Ağakişiyev və Vüsal Məmmədov  müşavirədə iştrak etdilər.

Müşavirənin keçirilməsində əsas məqsəd – antibiotik istifadəsinin azaldılması üzrə strategiyanın həyata keçirilməsində yaranan problem və çətinliklərə ümumi nəzər salmaq, eyni zamanda yeni tədbirlər və tövsiyələr hazırlamaqla ölkələr səviyyəsində antibiotikdən səmərəli istifadəyə nail olmaqdır.  Mikroblara qarşı Mübarizə  Şəbəkəsinin Orta Asiya və Avropa Nəzarəti (CAESAR) tərəfindən ölkələrin məlumatlarının yığılaraq statistika yaradılması nəzərdə tutulur. Azərbaycan da bu ölkələr arasındadır. CAESAR antibiotik istehlakı nəzarətini gücləndirməyə xüsusi diqqət yetirərək, antibiotikdən səmərəli  istifadə və infeksiyaya nəzarət istiqamətində ölkələrin vəziyyətini təhlil etməyi təklif edir.

Müşavirədə  Azərbaycan,  Belarus, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Əlcəzair, Liviya, Moldova, Mərakeş, Fələstin , Tunis, Ukrayna – bir sözlə, ÜST-ə üzv olan 15 ölkənin nümayəndələri təmsil olundular.

Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirildi, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənildi.

Şəkillərlə burada tanış olmaq olar