Bişkek şəhərində diabet xəstələrinin insulindən istifadəsinə dair regional müşavirə keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 OKTYABR 2019

Bişkek şəhərində diabet xəstələrinin insulindən istifadəsinə dair regional müşavirə keçirildi

Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində 14-15 oktyabr 2019-cu il tarixdə “İnsulinə əlçatanlığın təmin olunması” mövzusu üzrə regional müşavirə keçirildi.

Müşavirə Qırğızıstan Repsublikasının Səhiyyə Nazirliyi, dünyanı təhlükəsiz, effektiv və əlverişli dərmanlarla təmin olunmasında araşdırma və təbliğat işlərini aparan HAİ (Health Action International) təşkilatı, Səhiyyə Siyasətinin Təhlili Mərkəzi ilə birgə əməkdaşlıqla diabetin müalicəsi üçün insulinə artan qlobal ehtiyacın həlli, problemlər və məhdudiyyətlərin aradan qaldırılması ilə məşğul olan ACCISS layihəsi əsasında həyata keçirildi.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi, endokrinologiyanın kuratoru Aynur Zeynalova, Respublika Endokrinokogiya İnstitutunun direktor müavini Babək Salek, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin mütəxəssisi Nigar Mehdiyeva, Respublika Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova müşavirədə iştrak etdilər.

Müşavirədə bildirildi ki, dünyada 100 milyona yaxın insan insulinə ehtiyac duyur, lakin onlardan yarıdan çoxu bu dərmanı almaqda və ya əldə etməkdə çətinlik çəkir. İnsulinə ehtiyacı olan diabet xəstələrinin dərmana əlçatanlığını təmin etmək, keyfiyyətli dərman tədarükünün həyata keçirilməsində qeyri-bərabərliyi və əngəlləri aradan qaldırmaq, iştrakçı ölkələrin təcrübələrini dinləyərək milli və qlobal səviyyədə insulinin istifadəsi, müalicə və xərclərində mövcud problemləri aradan qaldıraraq sağlam siyasəti müəyyən etmək müşavirənin əsas məqsədi idi.

Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF nümayəndələrinin və ABŞ, İngiltərə, Fransa, Rusiya, Ukrayna, Belorus, Özbəkistan, Moldova, Niderland, İsveçrə, Mozambik, Mali, Peru, Tanzaniya və digər ölkələrin ekpertlərinin iştrakı ilə keçirilən müşavirənin birinci günü diabet xəstəliyi üzrə regionlarda mövcud olan ümumi vəziyyətlə tanışlıq oldu. Müşavirənini ikinci günündə nümayəndələr ölkələrində diabet xəstəliyinin müalicə və profilaktikasının aparılmasında istifadə edilən klinik-rəhbər vəsaitlər barədə və mövcud problemlər ətrafında fikir mübadiləsi apardılar.

Panel müzakirə zamanı ekspertlər insulinə əlçatanlığı rahat şəkildə təmin etmək, dərmanların ölkəyə idxalı və idarə edilməsi sistemini həyata keçirməklə bağlı fikirlərini bildirərək, bu istiqamətdə siyasətin və idarə mexanizmlərinin doğru qurulması qaydalarını diqqətə çatdırdılar.

Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirildi, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənildi.

Şəkillərlə burada tanış olmaq olar.