Quba və Lənkəranda həkimlər üçün təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

8 İYUN 2019

Quba və Lənkəranda həkimlər üçün təlim keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinologiya Mərkəzinin təşkilatçılığı ilə 2019-cu il mayın 11-də və iyunun 8-də Quba və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarında “Diabetin menecmenti üzrə təkmil təlim” kursu keçirildi.

Kursu giriş sözü ilə Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek açaraq bildirdi ki, təlimlərin təşkilində əsas məqsəd həkimləri tibbi yeniliklərlə tanış etməkdir: “Şəkərli diabet xəstəsi mütəmadi olaraq həkim nəzarətində olarsa, həkim məsləhətlərinə əməl edərək şəkərini norma səviyyəsində saxlayarsa, xəstəlikdən yaranan fəsadlardan özünü qorumuş olar. Bunun üçün həkimlər xəstənin həyat keyfiyyətinin artırılması məqsədilə müalicə və profilaktika işi ilə bərabər, həm də  maarifləndirici tədbirlər həyata keçirməlidirlər”. Təlim zamanı Babək Salek şəkərli diabetlə yaşamağın yolları, müasir müalicə mexanizimləri, sosial və psixoloji aspeklər, diabetik pəncə, retinopatiya və digər mövzularla bağlı ən son məlumatları iştirakçıların diqqətinə çatdırdı. Respublika Endokrinologiya Mərkəzinin Tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova şəkərli diabetin təsnifatı, müasir diaqnostikası, şəkərli diabet zamanı yaranan xroniki venoz çatışmazlığı, diabet və hamiləlik mövzuları üzrə çıxış etdi.

Kursu müvəffəqiyyətlə  başa vuran həkimlərə  14 kredit balı ilə qiymətləndirilən sertifikatlar təqdim olundu.