• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

2 APREL 2019

18 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir keçirildi

2 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 18 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə liseyin Tədris və istehsalat işləri üzrə direktor müavini Fəlqan Mustafayev açaraq, belə tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini və iştirakçılar tərəfindən maraqla qarşılandığını vurğuladı.

İSİM-in  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbələr qarşısında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edərək reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar,  arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs etdi. O həmçinin, zərərli vərdişlərin (spirtli içki, tütün və narkotik maddələrdən istifadə) gənc qadınların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq, gələcəyin analarını sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verdi.

Yekunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.