Tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı geniş məlumat verildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 DEKABR 2018

Tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı geniş məlumat verildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) sağlam həyat tərzinin təşviqi, əhalinin tibbi maarifləndirilməsi istiqmətində tədbirləri davam etdirir.

25-26 dekabr 2018-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Universitetində və Xəzər Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması” mövzusunda növbəti tədbirlər keçirdi. Universitet rəsmiləri çıxış edərək, tibbi biliklərin artırılması, sağlamlığın qorunması, xəstəliklərin profilaktikası üzrə keçirilən maarifləndirici görüşlərin əhəmiyyətini vurğuladılar. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-mütəxəssisi  Lətafət Dadaşova tələbə qızlara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar,  arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs etdi. O həmçinin, zərərli vərdişlərin (spirtli içki, tütün və narkotik maddələrdən istifadə) gənc qadınların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq, gələcəyin analarını sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verdi.

Yekunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.