14 DEKABR 2018
1-ci Azərbaycan Diabet Konqresi keçirildi
14 dekabr 2018-ci ildə Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Respublika Endokrinoloji Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 1-ci Azərbaycan Diabet Konqresi keçirildi. İki plenar hissədən ibarət olan konqres çərçivəsində diabet xəstəliyi və müalicə yolları barədə elmi məruzələr, çıxışlar dinlənildi, qrup təqdimatları, müzakirələr aparıldı.
Birinci plenar hissədə Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyәtinin sədri, tibb elmləri doktoru Valeh Mirzәzadənin “Azərbaycan diabetologiyası dünən, bu gün və sabah” və Tatarıstan Respublikasının Əməkdar həkimi, professor Eduard Yakupovun “Diabetik polineyropatiyaların Pandora qutusu” mövzusunda məruzələri konqres iştirakçıları tərəfindən geniş təhlil olundu, dəyərləndirildi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış edərək, “QİX – risk faktorlarının öyrənilməsi (STEPS sorğusu)” barədə iştirakçılara ətraflı məlumat verdi.
İkinci plenar hissədə Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan “Şəkərli diabetin idarə edilməsi üçün metodik tövsiyələr”i konqres iştirakçılarına təqdim edildi və diabet xəstəliyinin müalicəsində bariatrik-metabolik cərrahiyyənin rolu ilə bağlı müzakirələr aparıldı.