14 DEKABR 2018
FHN Akademiyasının kursantları “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda məlumatlandırıldılar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir 14 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında keçirildi.
Tədbiri giriş sözü ilə açan Akademiyanın Şəxsi heyətlə iş bölməsinin rəisi, polkovnik-leytenant Hüseyn Abdinov belə maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirdi. İSİM-in həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınma yolları” mövzusunda ətraflı çıxış edərək, sağlam olmaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini vurğuladı. L. Dadaşova həmçinin müasir zamanda gənclər arasında yayılan cinsi yolla ötürülən infeksiyalar, hepatit B, C, və İİV infeksiyası barədə söz açaraq, gənclərə bu xəstəliklərdən qorunma yolları haqqında məsləhətlər verdi.
Tədbirin sonunda kusantlarla infeksion və qeri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.