“Məişət zorakılığının qurbanlarına tibbi yardımın göstərilməsi” mövzusunda dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

27 NOYABR 2018

“Məişət zorakılığının qurbanlarına tibbi yardımın göstərilməsi” mövzusunda dəyirmi masa keçirildi

27 noyabr 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) məişət zorakılığının qurbanlarına tibbi yardımın göstərilməsi üzrə müvafiq səhiyyə müəssisələri işçilərinin təlimatlandırılması ilə bağlı dəyirmi masa keçirildi.

Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açdı. O,  gender zorakılığı ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər, aparılan sorğu və hazırlanan metodik vəsaitlər barədə geniş məlumat verdi. “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova çıxış edərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə davamlı, qarşılıqlı əməkdaşlıqda çalışdıqlarını, görülən işləri diqqətə çatdırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Məftunə İsmayılova gender əsaslı fiziki və psixoloji zorakılığın mənfi təsirləri, zərər çəkən şəxslərin aşkar edilməsi, onlarla davranış qaydası barədə iştirakçılara məlumat verdi. İSİM-in həkim-metodisti Raisa Əhmədova məişət və gender zorakılığından zərər çəkən şəxslər üçün tibbi yardımın təşkilindən danışaraq, psixoloji və fiziki zorakılığa məruz qalmış şəxslərin müəyyən müalicə proseslərindən keçməsinin vacib olduğunu bildirdi.

Səmərəli fikir mübadiləsi şəraitində keçən dəyirmi masada təkliflər və tövsiyələr dinlənildi, iştirakçılara müvafiq çap materialları paylanıldı.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.12.2016-cı il tarixli 13 nömrəli Əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən imzalanmış birgə fəaliyyətin həyata keçirilməsi barədə Tədbirlər Planı”nın (2016-2018-ci illər üzrə) “Gender zorakılığı və uşaqlara qarşı zorakarlıq üzrə müvafiq səhiyyə müəssisələri işçilərinin təlimatlandırılması” bəndinin icrası məqsədilə həyata keçirildi.

Şəkillərlə burada tanış olmaq olar.