Moskvada “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə illik seminar-toplantı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

14 NOYABR 2018

Moskvada “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə illik seminar-toplantı keçirildi

12-13 noyabr 2018-ci il tarixdə Moskva şəhərində “Sağlamlığı təşviq edən məktəblər” (SHE) layihəsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin milli koordinatorlarının illik seminar-toplantısı keçirildi.

Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi və Rusiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşlərin əsas məqsədi Sağlamlığı Təşviq edən Məktəblər (SHE) layihəsinin milli koordinatorlarının fəaliyyətinə dəstək olunması idi.İki günlük seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirak etdi.

Görüşlərdə 2018-2019-cu illər üçün Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün SHE layihəsi üzrə birgə iş planı, "Uşaqların, gələcək nəsillərin sağlamlığı, rifahı üçün əməkdaşlıq" haqqında Paris Deklarasiyası haqqında məlumat verildi, məktəblərdə sağlam mühitin və rifahın əldə olunması sahəsində tədqiqat və kommunikasiya ilə bağlı məsələlər nəzərdən keçirildi, təcrübələr bölüşüldü. Seminarda milli koordinatorlar tərəfindən ölkədə “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinə daxil məktəblərin sağlamlıq (səhiyyə) xidmətlərinin təşkili ilə əlaqədar mövcud vəziyyət ilə bağlı prezentasiyalar təqdim olundu.Sonda milli koordinatorlarla individual müzakirələr aparıldı, gələcək perspektivlər nəzərdən keçirildi.

Xatırladaq ki, ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.