İSİM-in nümayəndələri Moskvada keçirilən konfransda iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

8 NOYABR 2018

İSİM-in nümayəndələri Moskvada keçirilən konfransda iştirak etdilər

7-8 noyabr 2018-ci il tarixdə Moskva şəhərində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həyatın ən gözəl başlanğıcı ana südü ilə qidalanmadır” mövzusunda iki günlük beynəlxalq konfrans keçirildi.

Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi tərəfindən təşkil edilən konfransın məqsədi qeyri-infeksion xəstəliklərin profilaktikası, ana südü ilə qidalandırmanın təşviqi, daha effektiv səhiyyə xidmətlərinin təşkili üzrə beynəlxalq, milli və regional təcrübələrin bölüşülməsi idi. ÜST-nın Avropa regionu üzrə 26 üzv ölkənin dövlət rəsmiləri, ÜST-nın ekspertləri, səhiyyə işiləri, o cümlədən ana südü ilə qidalandırmanı təşviq edən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri  Şəhla Mirzəzadə, Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva da iştirak etdi.

Konfransda ana südünün faydaları və vacibliyi, ölkələr üzrə ana südü ilə qidalandırmanın təbliğatı formaları və eyni zamanda Körpə dostu klinikalarının fəaliyyətinin təşkil olunması kimi əhəmiyətli mövzular üzrə çıxışlar dinlənildi. Eyni zamanda hər bir ölkə ana südü ilə qidalandırmanın statistikasını və vəziyyəti əks etdirən posterləri təqdim etdi, mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı.

Şəkillərlə burada tanış olmaq olar.