“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

10 OKTYABR 2018

“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində növbəti silsilə tədbirlərini davam etdirir.

9 oktyabr 2018-ci il tarixdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə və həkim-metodist Lətafət Dadaşova Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərin fəsadları: kobud (aqressiv) davranışın əsas səbəbləri” mövzusunda şagird və müəllim auditoriyası qarşısında çıxış etdilər. L. Dadaşova zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə yarana biləcək ağır fəsadlar barədə iştirakçıları məlumatlandırdı. O bildirdi ki, tütünçəkmə, eləcə də digər zərərli vərdişlər  bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir. Natiq həmçinin, aktiv həyat tərzinin gənclərdə məsuliyyət duyğusunu artırırdığını, hisləri idarə edə bilmə qabiliyyətini gücləndirdiyini və çevikliyi təmin etdiyini vurğuladı.

Ş.Mirzəzadə məktəblərdə sağlam həyat tərzinin təşviqi, uşaqlarda sağlam davranışlarının necə inkişaf etdirilməsi, məktəbdəki rifahın onların gələcək həyatlarına təsiri kimi məsələləri müəllim və şagird heyətinin diqqətə çatdırdı. Gənclərin yeniyetmə dövründə zərərli vərdişlərə düçar olmasına səbəb olan ən vacib psixoloji amillərdən söz açan natiq bildirdi ki, zərərli vərdişlərə qarşı mübarizə və profilaktika tədbirləri ailə və məktəbdən başlamalı, yeniyetmələrin davranış dəyişkənliyinə mütləq diqqət yetirilməlidir.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.