• İSİM-də “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

26 İYUN 2018

26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Cari il ərzində İSİM-in mütəxəssislərinin iştirakı ilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, 46 nömrəli tam orta məktəb, 1 nömrəli tam orta məktəb,  eləcə də  digər təhsil ocaqlarında  “Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi ilə maarifləndirici tədbirlər təşkil olundu. İSİM-in mütəxəssisləri Şəhla Mirzəzadə, Lətafət Dadaşova, Fərid İsrafilzadə iştirakçılar qarşısında geniş təqdimatla çıxış etdilər. Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirildi.  Eyni zamanda vurğulandı ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür və narkotiklərdən istifadə edənlərin erkən müraciəti müalicənin əksər hallarda uğurlu olması ilə müşahidə edilir.

Tədbir iştirakçılarına, gənclərə və yeniyetmələrə İSİM tərəfindən hazırlanmış və çap edilmiş “Sağlam, narkotiksiz həyat seç!”, “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı maarifləndirici bukletlər paylanıldı.