25 İYUN 2018
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adlar verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 iyun 2018-ci il tarixdə səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bir qrup səhiyyə işçisi Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əməkdar Həkim, Əməkdar Müəllim, Əməkdar Tibb İşçisi fəxri adlarına layiq görülüb və Azərbaycan səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar.
Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) uzun illər rəhbərlik etmiş Ceyhun Yusuf oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Həkim fəxri adına layiq görülüb.
İSİM-in kollektivi Ceyhun Məmmədovu, o cümlədən fəxri adlara layiq görülən səhiyyə işçilərini təbrik edir, onlara həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayır.