"31 may - Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş növbəti maarifləndirici görüşlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

29 MAY 2018

"31 may - Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş növbəti maarifləndirici görüşlər keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "31 may – Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması məqsədilə silsilə tədbirlər təşkil edir.  

Tütün məmulatlarına və zərərli vərdişlərə qarşı növbəti tədbir 29 may 2018-ci il tarixdə Azərbaycan Dillər Universitetində keçirildi. İSİM-in həkim-metodisti Lətafət Dadaşova tələbə auditoriyasına “31 may – Ümumdünya Tütünsüz Günü”nün tarixi və günün builki mövzusu olan “Tütün ürəyi məhv edir” devizi ilə bağlı ətraflı məlumat verdi. O, tütünçəkmənin insan orqanizminə və ətraf mühitə zərərli təsirini əks etdirən statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırdı, xüsusən gənc nəsli tütün məmulatlarından uzaq tutmağın vacibliyini vurğuladı. L.Dadaşova bildirdi ki, yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması" haqqında Azərbaycan Respublikasının Qanunu zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində atılan mühüm addımdır. Tütün çəkilməsinə icazə verilməyən yerləri sadalayan L.Dadaşova bu qanunun tələblərini pozan şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıdığını diqqətə çatdırdı. Əhali, xüsusən də gənclər arasında sağlam həyat tərzi sürməyin üstünlüklərinin təbliği istiqamətində müntəzəm olaraq ölkəmizdə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayan L.Dadaşova bir daha siqaret tüstüsünün tərkibində sağlamlıq üçün çox sayda təhlükəli kimyəvi birləşmələrin, onlarca kanserogen maddələrin (xərçəng törədici) olduğunu tələbələrə xatırlatdı.

Bu gün, həmçinin APA TV-nin "31 may – Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş verilişində qonaq olan İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev  Azərbaycanda siqaret çəkən insanların sayının rəsmi statistikasını dinləyicilərin diqqətinə çatdırdı. O bildirdi ki, siqaretin səbəb olduğu qeyri-infeksion xəstəliklər dünyada insan ölümlərinin birinci səbəbidir. Sualları cavablandıran mütəxəssis "31 may – Ümumdünya Tütünsüz Günü" ilə bağlı İSİM tərəfindən keçirilən görüşlər və təşkil olunan tədbirlər barədə dinləyicilərə ətraflı məlumat verdi.