• İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 MAY 2018

Orta məktəbdə “Narkomaniya, tütünçəkmə və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir 22 may 2018-ci il tarixdə 46 nömrəli tam orta məktəbdə keçirildi. 

Tədbirdə İSİM-in həkim-metodisti Lətafət Dadaşova "Narkomaniya, tütünçəkmə və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə yarana biləcək ağır fəsadlar barədə gəncləri məlumatlandırdı. O bildirdi ki, tütünçəkmə, eləcə də zərərli vərdişlər  bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir. L.Dadaşovanın sözlərinə görə, aktiv həyat tərzi, xüsusilə müntəzəm olaraq idmanla məşğul olmaq gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir və çevikliyi təmin edir: "İdman etmək diqqət dağınıqlığını aradan qaldırır. İdmanla məşğul olan uşaqlar enerjilərini idmanda sərf etdikləri və yorulduqları üçün başqa alışqanlıqlara vaxtı qalmır, odur ki, onlar siqaretdən, içkidən, narkotik maddələrdən də uzaq olurlar”.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi aparıldı.