• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

15 MAY 2018

İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər

12 may 2018-ci il tarixdə Türkiyənin Muş şəhərində "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Avropa Könüllülük Xidməti çərçivəsində tədbirin icra  müddətində Muşda çalışan İSİM-in həkim-metodisti  Şəhla Mirzəzadə də tədbirdə iştirak ediblər.  

Tədbirin təşkilatçısı Gənc Birikim  Dərnəyinin rəhbəri Salih Yüce açılış nitqi ilə çıxış edərək, onkoloji xəstəliklərin getdikcə artdığını və bu xəstəliyin bütün dünyada problemə çevrilərək hər il milyonlarla insanın həyatına son verdiyini bildirib. Sonra tədbirdə iştirak edən müxtəlif ölkələrin mütəxəssislərinin çıxışları dinlənilib, ağ ciyər xərçəngi və süd vəzi xərçənginin müalicə və profilaktikası ilə bağlı məlumat verilib. Tədbir zamanı Şəhla Mirzəzadə "Səhiyyədə könüllülük" mövzusunda çıxış edərək, səhiyyə və sağlamlıq sahəsində könüllülüyün əhəmiyyətindən söz açıb. Yerli media nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Səbinə Babazadə kütləvi informasiya vasitələrinə müsahibə verərək, xərçəngin bütün dünya üçün ciddi problemə çevrildiyini və tədbir çərçivəsində aparılan fikir mübadiləsinin bu xəstəliyə qarşı mübarizədə əhəmiyyətli rol oynadığını vurğulayıb. Eyni zamanda Ş.Mirzəzadə də verdiyi müsahibədə layihənin icra prosesi və gənclərin sağlamlıq sahəsindəki könüllülüyə təşviqi məsələsinin əhəmiyyətli rolundan söz açıb.