• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 APREL 2018

Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Nizami rayonu Kamil Eyyubov adına 12  nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbirlər  təşkil olundu.

19 aprel 2018-ci il tarixdə  təşkil olunan tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda çıxış edərək, tütünçəkmənin acı nəticələri ilə bağlı rəsmi statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırdı. L.Dadaşova bildirdi ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır. Tədbirdə bir daha vurğulandı ki, ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaradır.

Bu əməkdaşlığın davamı olaraq “Məktəblinin dostu” layihəsi çərçivəsində 27 aprel 2018-ci il tarixdə bu məktəbdə İSİM-in digər əməkdaşları Elnara Nuriyeva və Nərmin Əliyeva “Fiziki aktivlik və sağlam qidalanma” mövzusunda məktəblilər qarşısında maarifləndirici mühazirə ilə çıxış etdilər.