• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

3 APREL 2018

İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu

2018-ci il mart ayının 20-dən 24-dək “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC)” tərəfindən Hindistanın Çandigarh şəhərində “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” mövzusunda təlim keçirildi. Təlimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Şəhla Mirzəzadə Hindistanın Çandigarh şəhərinə ezam olundu.

Təlim çərçivəsində ictimai səhiyyə idarəetməsinin əsasları, səhiyyənin elektronlaşdırılmasının əhəmiyyəti, ictimai səhiyyədə səhiyyə siyasətinin formalaşdırılması, səhiyyədə liderlik, qrup işinin və layihə idarəetməsinin əsasları, səhiyyə idarəetməsi üzrə fəaliyyət planının hazırlanması mövzusunda bir sıra təlim və qrup işləri keçirildi.

Qeyd edildi ki, Hindistan kimi digər İTEC ölkələri də qeyri-infeksion xəstəliklər (ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet), həmçinin təhlükəli HİV, vərəm və malyariya xəstəliklərinin müalicəsi və onların qarşısının alınması istiqamətində geniş işlər görür. Ona görə də, bu ölkələrdə ictimai səhiyyə problemlərini həll etmək üçün səhiyyə işçilərinin biliklərinin təkmilləşdirilməsinə  böyük ehtiyac var.

Beş günlük təlim çərçivəsində mövcud  ictimai səhiyyə problemlərinin səmərəli həlli üsulları və ictimai səhiyyədə işçi qüvvəsinin potensialını artırmaq üçün prioritet  məsələlər müzakirə olundu. Proqramın sonunda iştirakçılara “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” sertifikatı təqdim olundu və gələcək qarşılıqlı əlaqə mübadiləsi yaradıldı.

Təlim proqramı çərçivəsində təşkil olunmuş mədəni-maarifləndirici “Ölkə təqdimatı” gecəsində Azərbaycanın gözəlliklərini, milli-mənəvi dəyərlərini, mədəni irsini proqram iştirakçılarına çatdıran İSİM-in nümayəndəsi “Best cultural performance” və “Best selfie” mükafatlarını da qazandı.