• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

30 MART 2018

Şəmkirdə ana südü ilə qidalandırmanın vacibliyinə həsr olunmuş tədbir keçirildi

30 mart 2018-ci il tarixdə Şəmkir Bilik Evində ictimai səhiyyənin aparıcı mövzularından olan ana və uşaq sağlamlığının qorunması, ana südü ilə qidalanmanın uşaqların sağlam böyüməsində rolu və əhəmiyyətinə həsr edilmiş növbəti maarifləndirici tədbir keçirildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi ana südü ilə qidalandırmanın təbliği idi. Gələcəyin anaları olan gənc qızlardan ibarət auditoriyada keçirilən tədbir çərçivəsində "Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi" mövzusunda mühazirə oxundu, körpələrin inkişaflında ana südünün əvəzsiz faydasından söz açıldı.

İSİM-in həkim-metodisti Lətafət Dadaşova auditoriya qarşısında çıxış edərək bildirdi ki, ana südü ilə qidalandırma körpələrin həyata ilk günlərdən sağlam başlamasının əsasını təşkil edir. L. Dadaşova təəssüflə onu da qeyd etdi ki, bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda döşlə əmizdirmə arzuolunan səviyyədə deyil: “Ana südü körpələrin həyatının ilk 6 ayında xüsusilə böyük əhəmiyyət daşıyır. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb. Ana südü ilə qidalanma uşaqlar arasında ölümə səbəb olan ishal və pnevmoniya kimi halların qarşısının alınmasına kömək edir. Körpələrini əmizdirən analarda isə qadınlar arasında ən çox ölümə səbəb olan yumurtalıq və döş xərçəngi kimi xəstəliklərin riski azalır”. Ana südünün körpənin xəstəliklərə qarşı ilk peyvənd və əsas qida mənbəyi olduğunu vurğulayan natiq ana südü ilə qidalanmayan körpələrdə gələcəkdə müxtəlif xroniki xəstəliklərin risklərinin yüksək olduğunu bildirərək, auditoriyanın diqqətinə İSİM-in ana südünün əhəmiyyətinin və ana südü ilə qidalandırmanın cəmiyyətdə təbliğinə yönəlmiş video-çarxı təqdim etdi.

Sonda mövzu ətrafında müzakirələr aparıldı, auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.