• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

22 FEVRAL 2018

Gənc qızlar arasında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda görüş keçirildi

22 fevral 2018-ci il tarixdə Binəqədi rayon gənclər evində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda mühazirə keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə keçirdiyi tədbirin bu dəfəki auditoriyası gənc xanımlar, gələcəyin anaları oldu. 18 saylı Bakı Peşə Liseyi və Bakı Humanitar Kolecin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə gənclərin sağlamlıqlarını qorumaları üçün maariflənməyə olan ehtiyaclarından, məlumatsızlıqdan yaşana biləcək problemlərin ciddiliyindən danışıldı.

Tədbirdə məruzəçi olan İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova reproduktiv sağlamlığın əsas aspektlərindən olan ailə planlaşdırılması, o cümlədən abortların qadın sağlamlığına mənfi təsirindən danışdı, seksual sağlamlığın möhkəmləndirilməsi, cinsi yolla yoluxan infeksiyalarla bağlı mübarizə metodları haqda məlumat verdi.

O, gənc qızlara, reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs etdi. Həmçinin A.Məmmədova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən  də söhbət acdı. O qeyd etdi ki, erkən yaşda hamiləlik, hamiləliyin pozulması və problemli doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur. Məruzəçi problemin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri auditoriyanın diqqətinə çatdırdı.

Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı və mövzu ətrafında diskussiya aparıldı.