İSİM hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 DEKABR 2017

İSİM hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının  səmərəli təşkilinə kömək məqsədi ilə 21-25 dekabr  2017-ci tarixlərdə hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi. Görüşlər Səhiyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 72 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 1(5.1.8)-ci bəndinə əsasən təşkil olunmuşdu.

Müdafiə Nazirliyinin Bərdə və digər ətraf rayonların ərazilərində yerləşən hərbi hissələrində zabit, gizir, çavuş və əsgərlər, eləcə də tibbi xidmət əməkdaşları arasında təbliğat xarakterli beş görüş keçirildi. Görüşlərin əsas məqsədi gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi idi. İSİM-in mütəxəssisləri Səbuhi Abdullayev və Tofiq Musayev hərbi hissələrdə çıxış edərək, iştirakçılara bu mövzularla bağlı ətraflı məlumat verdilər.

Hərbi xidmətdə olan gənclərlə interaktiv şəraitdə keçən görüşlərdə sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr diqqətə çatdırıldı, İSİM tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar paylanıldı.