• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 NOYABR 2017

BDU-da 25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı tədbir keçirildi

Zorakılığ, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalıq. Məhz bu baxımdan BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Qadın və qızlara qarşı zorakılıq artıq pandemiya xarakteri aldığından, BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarına bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də öz növbəsində Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək istiqamətində tədbirlər görür.

Bu məqsədlə 2017-ci ilin 24 noyabr tarixdə Bakı Dövlət Universitetinin “Hüquq fakultəsi”nin tərəbələri üçün 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması” mövzusunda tədbir təşkil olundu. Bakı Dövlət Universiteti Hüquq fakultəsi Tələbə Həmkarlar Təşkilatı və İSİM-in birgə təşkil etdiyi tədbirdə zorakılıq problemin miqyası, dünayada və ölkəmizdə statistik rəqəmlərlə bağlı məlumatlar verildi, qadın zorakılığının hüquqi və sosial fəsadları barədə maraqlı təqdimatlar edildi.

Tədbirdə Bakı Dövlət Universiteti Hüquq fakultəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əkbər Əliyev açılış nitqi ilə çıxış etdi.  O, tələbələrə bu mövzu qədər özündə problem yaradan ikinci bir məsələnin olmadığını və gənc nəsilin belə məsələlərdə maariflənməyə böyük ehtiyacı olduğunu bildirdi. Tədbirdə tələbələr qarşısında çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın olduğunu bildirərək qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdı.  Daha sonra tədbir iştirakçılarının diqqəti İSİM-in  baş hüquqşunası Səbuhi Abdullayevin zoqakılıq hallarının hüquqi müstəvisi mövzusunda çıxışına yönəldi. Böyük maraq doğuran çıxışın sonunda tələbələrin sualları cavablandırıldı.

Tədbirin sonunda qadına qarşı zorakılıq mövzusunda İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.