• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 NOYABR 2017

İsmaillı məktəbliləri “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda məlumatlandırıldılar

22 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı sayəsində növbəti tədbir İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində baş tutdu. 20 noyabr – Ümumdünya Yol-Nəqliyyat Hadisələri Qurbanlarının Xatirə Gününə həsr olunmuş tədbirdə məktəbin şagird və müəllim kollektivi qarşısında İSİM-in həkim-metodisti Tural Həbibov “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda maarifləndirici mühazirə ilə çıxış etdi.

T. Həbibov dinləyicilərə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə ilkin yardımın göstərilmə qaydalarından geniş məlumat verdi. Məruzəçinin mövzu ilə bağlı təqdimatı, qəzaya uğramış avtomobildən yaralanmış şəxsin xaric edilməsi, qanaxma hallarının qarşısının alınması, sınıqların sarğılanma qaydaları haqda məlumatları tədbir iştirakçılarının marağına səbəb oldu. Mütəxəssisimiz yol nəqliyyat hadisələri zamanı ilk yardımın düzgün və vaxtında göstərilməsinin vacibliyini xüsusi vurğulayaraq bildirdi ki, bu cür faciələrdən qorunmağın da yolu yeniyetmə və gənclərin maarifləndirilməsindən keçir. Daha sonra gənclərin iştirakı ilə ilk yardımın göstərilməsində bir neçə əsas məqamlar nümayiş etdirildi.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı və mövzu ilə əlaqədar İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Xatırladaq ki, bu tədbir iki qurumun imzaladığı Əməkdaşlıq Sazişi çərçivəsində 2017-cı ilin sonunadək tərtib olunmuş İş Planına əsasən həyata keçirildi.