İSİM-də Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş brifinq keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 OKTYABR 2017

İSİM-də Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş brifinq keçirildi

2007-ci il  iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günü şərəfinə hər il 2 oktyabr “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir.  

Bu məqsədlə 2 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün Beynəlxalq Qeyri-Zorakılıq Gününə həsr olunmuş brifinq keçirildi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri  Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, iştirakçılara tədbirin məqsəd və vəzifələri haqqında qısa məlumat verdi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti  Raisa Əhmədova zorakılıq anlayışından bəhs edərək, bu problemlə bağlı statistik nəticələri açıqladı. Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev və uşaq psixoloqu Nərmin Quliyeva “Həssas əhali qruplarının sosial iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda geniş təqdimatla çıxış etdilər. Cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağıran “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

 “Zorakılıqdan imtina mədəniyyətinin formalaşmasında KİV-lərin rolu” adlı geniş təqdimatla çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri  Aysel Əkbərzadə mətbuat nümayəndələrini bu qəbildən olan xəbərlərə həssaslıqla və ehtiyatla yanaşmağa səslədi. O, dünya mətbuatında və Azərbaycan mediasında yayılan zorakılıq xəbərlərinin təhlilini apararaq bildirdi ki, birbaşa olmasa da, dolayı yolla bu kimi məlumatlar da bəzən cəmiyyətə zorakılığı  təlqin edir.

Brifinqin yekununda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.