• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

29 SENTYABR 2017

İSİM-in direktoru VIII Rusiya-Azərbaycan regionlararası forumunda iştirak etdi

28 sentyabr 2017-ci ildə Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumu keçirildi. Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və digər sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən forumda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov təmsil olunurdu.

Forumda sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, hər iki ölkədə turizmin inkişafına investisiyanın cəlb edilməsi amili, səhiyyə, əczaçılıq, aqrosənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş dəyirmi masalar keçirildi.

“Səhiyyə sahəsində Rusiya ilə Azərbaycanın əməkdaşlığı” mövzusunda təşkil olunan dəyirmi masanın iştirakçıları səhiyyənin innovativ inkişafını və səhiyyə sisteminin maliyyələşdirilməsi məsələsini müzakirə etdilər.

Digər mövzulara həsr olunmuş dəyirmi masalarda da səmərəli fikir mübadiləsi aparıldı, humanitar sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirildi, təhsil müəssisələrinin proqramlarının təqdimatı aparıldı.

Eyni zamanda, gənclərin əməkdaşlığının fəallaşdırılması, Rusiya-Azərbaycan ali təhsil təşkilatları assosiasiyaları arasında əlaqələrin inkişafı, təhsil, elm, mədəniyyət, idman sahələrində layihələrin reallaşdırılması və digər məsələlər müzakirə olundu.

Tədbir çərçivəsində forumun plenar iclası baş tutdu və Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalandı.

Qeyd edək ki, Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, ikitərəfli əməkdaşlığa dair 12 sənəd imzalanıb.