• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUL 2017

Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

Ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olundu. Bu şəbəkə 45 üzv ölkədən ibarət olan 11, 13, və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə bütün üzv ölkələrdə 30 ildən bəri hər dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edilir. Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq əməkdaşlıqda üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2017-ci ilin aprel ayında pilot layihə olaraq Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında  “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu keçirilib. Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı oldu. Sorğu tamamlandıqdan sonra əldə edilmiş məlumatlar təhlil edildi və nəticələr əsasında hesabat hazırlandı. 

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov həmin sorğu ilə bağlı hesabatla 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında iştirak etmişdir. O, konfrans içtirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat vermişdir.

Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz  “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçildi. Bununla da, Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etdi.