İSİM-də Dünya Bankının ekspertləri ilə görüş oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 İYUL 2017

İSİM-də Dünya Bankının ekspertləri ilə görüş oldu

Dünya Bankının eskpertləri – Moldovadan olan İnsan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban və Ukraynadan olan səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko 6 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) oldular.

İSİM-in əməkdaşları ilə görüş keçirən xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan aksiz vergilər barədə geniş təqdimatla çıxış etdilər, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açdılar. Onlar bildirdilər ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Tütün məmulatlarına qoyulan vergi sisteminə dəyişikliklər və bu sahədə səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində öz ölkələrində tütünlə mübarizədə əldə olunan nailiyyətlər əlavə vəsaitlərin dövlət büdcəsinə regenerasiya olmasına imkan yaradır. Bir sözlə, aksiz verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Ekspertlərin sözlərinə görə, bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər aksiz vergisi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır.

İSİM-in direktoru Ceyhun Məmmədov qonaqlara “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində atılan addımlar və İSİM-in bu istiqamətdə geniş fəaliyyəti barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, tütün – qeyri- infeksion xəstəliklərin əsas risk faktorlarından biridir, ona görə də tütün məmulatlarına və bu zərərli vərdişə qarşı tədbirlərə “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sında böyük əhəmiyyət verilir.

Sonda qonaqlara mərkəzin gördüyü işlər barədə geniş məlumat verildi.