İSİM-də “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 İYUL 2017

İSİM-də “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminar keçirildi

6 iyul 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”na həsr olunmuş seminar keçirildi.

Seminarı giriş sözü ilə İSİM-in direktoru Ceyhun Məmmədov açdı. O,  İSİM-in fəaliyyətində medianın dəstəyinin böyük olduğunu və bu dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. İctimai maarifləndirmə sahəsində və xüsusilə qeyri-infeksion xəstəliklərin profilaktikasında medianın əvəzsiz rolundan danışan Ceyhun Məmmədov seminarın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planının müvafiq bəndlərinə əsasən təşkil edildiyini bildirdi. Əməkdar elm xadimi, akademik Ədilə Namazova “Qeyri-infeksion xəstəliklərin profilaktikasının uşaqlıq dövründə aparılmasının zəruriyyəti” mövzusunda çıxış etdi. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımov qeyri-infeksion xəstəliklərlə mübarizədə gənc nəslin bilik və bacarıqlarının artırılmasının vaciblliyi barədə tədbir iştirakçılarına geniş məlumat verdi.  

İnteraktiv formada davam edən seminarda “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü” mövzusunda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-metodisti Lətafət Dadaşova, “Qeyri-infeksion xəstəliklərlərin profillaktikasında tütün problemi və bununla mübarizədə prioritet istiqamətlər” barədə İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev ətraflı təqdimatla çıxış etdilər. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Raisa Əhmədova iştirakçılara qeyri-sağlam qidalanma və fiziki passivliyin qeyri-infeksion xəstəliklərlərin yaranmasında rolu ilə bağlı geniş məlumat verdi.

Tədbirin sonunda media nümayəndələrinə Maqsud Qasımovun “Sağlam həyat tərzi uğrunda”,  “Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz” adlı kitabları paylanıldı.